...

Futbol üzrə Azərbaycan kubokunun və birinci divizionun oyunlarının püşkatma mərasimi keçirilib

Cəmiyyət Materials 1 Sentyabr 2008 15:30 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 sentyabr / Trend , müxbir R.Ergün/ Bu gün Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) binasında 2008-2009-cu il futbol mövsümündə Azərbaycan kubokunun və birinci divizionun püşkatması keçirilib.

Püşkatmaya görə, birinci divizionda ilk turun oyunları sentyabrın 6-da və 7-də keçiriləcək.

Birinci diviziondan fərqli olaraq, Azərbaycan Premyer-Liqasının oyunları xeyli əvvəl - avqustun 9-da start götürüb.

Azərbaycan kuboku uğrunda mübarizə isə sentyabrın 17-də başlayacaq. Ölkə kubokunda mübarizə 1/16 mərhələdən start götürəcək.

Azərbaycan kubokunun və birinci divizionun oyunları Peşəkar Futbol Liqası (PFL) tərəfindən keçirilir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti