...

Azərbaycanda daha bir baş redaktor barəsində məhkəmə hökmü çıxarıldı

Cəmiyyət Materials 5 Sentyabr 2008 14:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 5 sentyabr / Trend , mцxbir K.Zərbalıyeva/ Azərbaycanda "Gündəlik Bakı" qəzetinin təsisçisi və baş redaktoruna 1 il 6 ay müddətinə şərti cəza verilib.

Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə (315.1) və torpaq üzərində mülkiyyət hüququnu pozma (188) maddəsi ilə təqsirli bilinən baş redaktor Habil Vəliyev cümə günü Trend -a bildirib ki, məhkəmənin hökmündən apellyasiya şikayəti verəcək.

Baş redaktorun sözlərinə görə, rəhbərlik etdiyi qəzetdə Müdafiə Nazirliyində baş verən qanun pozuntuları və nazirliyin Mənzil İstismar bölüyünün rəisi Mehman Hacəliyevin qanunsuz hərəkətləri barədə tənqidi yazılar dərc olunub. Həmin yazılardan sonra ona qarşı Yasamal rayon prokurorluğunda cinayət işi açılıb.

Dövlət ittihamçısı çıxışında Vəliyevə 1 il 10 ay azadlıqdan məhrumetmə cəzasının verilməsini istəmişdi.

Azərbaycanda hazırda 3 jurnalist həbsdədir.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti