Azərbaycan, Bakı, 15 sentyabr / Trend , K.Zərbalıyeva/ Azərbaycanın müxalifyönlü qəzetinin jurnalisti İctimai Televiziya ilə bağlı başa çatmış məhkəmə çəkişmələri ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinə şikayət göndərib.
Hüquq
Maarifçiliyi Cəmiyyətinin hüquqşünası
Nurlana Əliyeva bildirib ki, jurnalist Rövşən
Hacıyevin İTV-yə qarşı qaldırdığı
şikayətlərdən biri şərəf və
ləyaqətin müdafiəsi ilə, digəri isə
informasiya sorğusunun tam cavablandırılmaması ilə
bağlıdır. Hacıyev 28 avqust 2006-cı ildə
tərtibçisi və redaktoru olduğu "İTV mətbuat
aynasında" (məqalələr toplusu) kitabının
təqdimetmə mərasimini keçirib.
Tədbir haqqında reportaj hazırlayıb efirə verən
İTV-nin 28 avqust 2006-cı il "Carçı" informasiya
proqramının axşam buraxılışında
Hacıyevin şərəf və ləyaqətini
ləkələyən, onu təhqir edən ifadələr
işlənib.
Hacıyev 25 sentyabr 2006-cı ildə iddia ərizəsi ilə Yasamal rayon məhkəməsinə müraciət edərək "Carçı" informasiya proqramında efirə getmiş məlumatların ərizəçinin şərəf və ləyaqətini ləkələyən məlumatlar kimi qiymətləndirilməsi, təkzib verilməsi, dəyən mənəvi zərərə görə 50 min manat cərimə ödənilməsi tələbi ilə iddia qaldırıb.
Bakının Yasamal rayon məhkəməsi iddianı təmin etməyib.
Ərizəçi
bu iş üzrə Avropa Məhkəməsinə
ünvanladığı şikayətdə ölkədaxili
məhkəmələrin onun Konvensiyanın ədalətli
məhkəmə araşdırması hüququnu, ifadə
etmək azadlığı və səmərəli hüquqi
müdafiə vasitələri hüququnu, ayrıseçkiliyin
qadağan olunması hüququnu pozduğunu iddia edir.
İkinci şikayət isə Hacıyevin İTV-yə
ünvanladığı informasiya sorğusunun
cavablandırılmaması ilə bağlıdır.
Hacıyev sorğuda İTV-yə qarşı qaldırdığı iddianın düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən məlumatların verilməsini xahiş edib. Lakin sorğunun verilməsindən 15 iş günü keçməsinə baxmayaraq, İTV bu sorğuya cavab verməyib. Bu səbəbdən ərizəçi 16 oktyabr 2006-cı ildə informasiya verməkdən imtinanın qanunsuz sayılması barədə şikayətlə Yasamal rayon məhkəməsinə müraciət edib.
Yasamal rayon məhkəməsi onun bu şikayətini də təmin etməyib.
Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]