...

Azərbaycanda Qafqaz ölkələrində yayımlanması nəzərdə tutulan telekanalın yaradılması planlaşdırılır

Cəmiyyət Materials 22 Sentyabr 2008 16:14 (UTC +04:00)
Azərbaycanda Qafqaz ölkələrində yayımlanması nəzərdə tutulan telekanalın yaradılması planlaşdırılır

Azərbaycan, Bakı, 22 sentyabr / Trend , müxbir İ.Əlizadə/ Azərbaycanın Milli Televiziya və Radio Şurası (MTRŞ) Qafqaz ölkələrində yayımlanması nəzərdə tutulan televiziya kanalının yaradılmasını planlaşdırır.

"Azərbaycan həm iqtisadi potensialına, neft və qaz ehtiyatlarına, həm də geostrateji və geosiyasi mövqeyinə görə bölgədə mühüm rol oynayır. Bu baxımdan, Bakıda Qafqaz ölkələri üçün yeni televiziya kanalı açılmalıdır" - bazar ertəsi Trend - a Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli bildirib.

Trend -un arayışı: Azərbaycanda bütün ölkə ərazisində yayımlanan 7, regionlarda 15 televiziya kanalı fəaliyyət göstərir.

Məhərrəmli qeyd edib ki, Qafqaz miqyaslı televiziya üç - azərbaycan, rus və ingilis dillərində yayımlanmalıdır.

"Bu, asan məsələ deyil. Qafqaz miqyaslı televiziyanın özəl formada olması böyük çətinliklər yarada bilər. Biz bu çətinlikləri indidən görürük. Əgər dövlət bu layihənin həyata keçirilməsinə dəstək verərək, maliyyələşmənin bir hissəsini öz üzərinə götürsə, biz böyük həvəslə Qafqazda yayımlanan yeni televiziya kanalı yaradarıq. Belə bir fikrimiz var, - deyə şura sədri əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti