...

Azərbaycanda sentyabrın sonunadək qeyri-sabit hava şəraiti davam edəcək

Cəmiyyət Materials 25 Sentyabr 2008 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 sentyabr / Trend müxbir C.Babayeva/ Azərbaycanda sentyabrın sonunadək qeyri-sabit hava şəraiti davam edəcək. Aralıq dənizi rayonlarında formalaşan siklonik sahənin tədricən yaxınlaşması ilə əlaqədar Azərbaycanda ayın 30-dək qeyri-sabit və tutqun havalar üstünlük təşkil edəcək. Bu barədə Trend -a cümə axşamı Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata əsasən, göstərilən müddətdə havanın temperaturu 3-5 dərəcə aşağı enəcək, fasilələrlə yağış yağacaq, bəzi rayonlarda əsasən gecə və axşam saatlarında leysan olacağı ehtimal olunur.

Sentyabrın 25-də şimal-qərb küləyi 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək, sentyabrın 28-i günün ikinci yarısından etibarən yenidən şimal-qərb küləyi artacaq, 29-u axşam saatlarından isə güclü cənub-qərb və qərb küləyi ilə əvəz olunacağı gözlənilir.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti