...

Azərbaycan və İran idman sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar

Cəmiyyət Materials 27 Sentyabr 2008 16:02 (UTC +04:00)

Azərbaycan, Bakı. 27 sentyabr/ Trend , müxbir N.Abdullayeva/ Azərbaycan və İran idman sahəsində əməkdaşlıq haqqında saziş imzalayacaqlar. Sənədi  Azərbaycanın gənclər və idman nazirinin bu yaxınlarda  İrana səfəri çərçivəsində imzalamaq nəzərdə tutulur. Sənəddə əməkdaşlığın müxtəlif aspektləri, həmçinin İran və Azərbaycanın Bədən tərbiyəsi  və İdman Akademiyaları tələbələrinin mübadiləsi əks olunacaq, - İranın gənclər və idman nazirliyinin rəhbəri Məhəmməd İshaqi azərbaycanlı həmkarı Azad Rəhimovla görüşdə bildirib.

"Bizim ölkələr o qədər yaxındırlar ki, hətta bu barədə danışmağa dəyməz", - o bildirib.

Onun sözlərinə görə, İranda azərbaycanlı idmançıların idman yarışları və məşqlərini keçirmək üçün hər şərait var.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti