...

Son dövrdə Azərbaycan futbolunda böyük dəyişikliklər baş verib – Gənclər və İdman naziri

Cəmiyyət Materials 30 Sentyabr 2008 12:35 (UTC +04:00)
Son dövrdə Azərbaycan futbolunda böyük dəyişikliklər baş verib  –  Gənclər və İdman naziri

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov hesab edir ki, son vaxtlar ölkə futbolunda böyük dəyişikliklər baş verib.

"Həmişə demişəm ki, bizdə böyük futbol məktəbi olub, indi də düşünürəm ki, son dövrlərdə Azərbaycan futbolunda böyük dəyişikliklər baş verib. Biz diqqət çəkən uğurlar əldə etməyə başlamışıq", - çərşənbə axşamı Bakıda keçirilən keçirilən "Milan Junior Camp" layihəsinə həsr olunmuş mətbuat konfransında Rəhimov deyib.

Futbol üzrə Azərbaycan yığma komandası DÇ - 2010 seçmə mərhələsi çərçivəsində keçirdiyi iki oyundan birində məğlub olub, digərində heç - heçə edib.

Mətbuat konfransında iştirak edən Azərbaycan Peşəkar Futbol Liqasının prezidentı Ramin Musayev isə, bildirib ki, almaniyalı məşqçilərin yığma komandada və klublarda fəaliyyət göstərməsi səmərə verməyə başlayıb.

"İndi isə artıq biz "Milan" klubu ilə əməkdaşlığın əsasını qoyuruq. Mən məsləhət görərdim ki, bütün klublarımız belə məşhur komandalarla əməkdaşlıq etsinlər", - deyə Musayev əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti