...

Azərbaycan yığmasına dəvət alması "Neftçi"nin futbolçusu üçün gözlənilməz olub

Cəmiyyət Materials 30 Sentyabr 2008 16:47 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 sentyabr / Trend , müxbir R.Ergün/ "Neftçi" klubunun hücumçusu Araz Abdullayev futbol üzrə Azərbaycan yığma komandasına dəvət olunacağını gözləmirdi.

"Yığma komandaya dəvət mənim üçün gözlənidməz oldu. Nə qədər çətin olsa da, çalışacağam ki, baş məşqçinin etimadını doğruldum. Komandaya uyğunlaşmaqda problem yoxdur", - çərşənbə axşamı Trend - a Abdullayev deyib.

Abdullayev "Neftçi" klubunun əvəzedici komandasında çıxış edir.

Gənc futbolçu bildirib ki, yığma komandanın baş məşqçisi Berti Foqts ondan razıdır.

"Hələ ki baş məşqçi ilə fərdi söhbətimiz olmayıb, amma komandanın ümumi iclasında məndən razı qaldığını bildirib", - deyə futbolçu əlavə edib.

Azərbaycan yığması oktyabrın 11- də DÇ - 2010 seçmə mərhələsi çərçivəsində səfərdə Finlandiya millisi ilə görüşəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti