...

Avropa Məhkəməsi həbsdə olan baş redaktorun işi ilə bağlı Azərbaycan dövləti ilə yazışmalara başlayıb

Cəmiyyət Materials 3 Oktyabr 2008 14:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 03 oktyabr / Trend , müxbir S.Kazımlı / İnsan Haqları üzrə Avropa Məhkəməsi "Gündəlik Azərbaycan" və "Realnıy Azerbaydjan" qəzetlərinin həbsdə olan baş redaktorunun şikayəti üzrə Azərbaycan dövləti ilə yazışmalara başlayıb.

Trend -nun məlumatına görə, bu barədə baş redaktor Eynulla Fətullayevin vəkili İsaxan Aşurov cümə günü keçirdiyi mətbuat konfransında bildirib.

Trend - un arayışı: Fətullayev Cinayət Məcəlləsinin terororçuluqla hədələmə (214.1-ci), qulluq möveyindən istifadə etməklə milli, irqi, sosial və ya dini düşmənçiliyin salınması (283.2.2-ci) və vergidən yayınma (213.2.2) maddələri ilə təqsirli bilinərək, məhkəmənin hökmü ilə 8 il 6 ay azadlıqdan məhrum edilib.

Vəkil deyib ki, Avropa Məhkəməsi sentyabrın 9-da Azərbaycan dövlətinə doqquz vərəqədən ibarət sorğu göndərib.

"Azərbaycan dövləti 2009-cu ilin yanvar ayına qədər həmin sorğulara cavab verməlidir", - deyə Aşurov qeyd edib.

Aşurovun sözlərinə görə, İnsan Haqları üzrə Avropa Məhkəməsini maraqlandıran məqamlar Fətullayevin işinə Bakının Yasamal rayon məhkəməsində səlahiyyət müddəti başa çatan hakim İsa İsmayılovun mülki və xüsusi iddialarla bağlı qərarlar çıxarması ilə bağlıdır.

Vəkil əlavə edib ki, Azərbaycan hökuməti Fətullayevin barəsində həbsdə ola-ola yenidən Səbail rayon məhkəməsi tərəfindən həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı suala da cavab verməlidir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti