...

Moskva Dövlət Universitetinin Bakı Filialında yeni fakültələr açılacaq – rektor (video)

Cəmiyyət Materials 4 Oktyabr 2008 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 04 oktyabr/ Trend müxbir C.Babayeva/ Gələcəkdə Moskva Dövlət Univeristetinin Bakı Filialında yeni fakültələrin açılması planlaşdırılır.

Fizika, biologiya, psixologiya və jurnalistika fakültələrinin açılması gözlənilir, MDU-nun Bakı Filialının rektoru, professor Nərgiz Paşayeva şənbə günü jurnalistlərə bildirib.

"Bu elmlər  fundamental elmlərdir və yeni fakültələrin açılması təhsilin keyfiyyətinin artmasına və Azərbaycanda gənclərin peşəkarlığının inkişafına xidmət edəcək, cəmiyyətdə  fundamental elmlərin nüfuzunu artıracaq", - o bildirib.

MDU-nun diplomları bütün dünyada tanındığı kimi, filialın diplomları da əksər ölkələrdə tanınacaq, Paşayeva qeyd edib.

Şənbə günü MDU-nun Bakı filialının təntənəli açılış mərasimi keçirilib.

Azərbaycan prezidenti yanvarın 15-də Bakıda Mixail Lomonosov adına Moskva Dövlət Universitetinin filialının açılması haqqında sərəncam imzalayıb. Təhsil fəaliyyəti MDU-nun tədris planı və proqramına söykənir. Dərslər əsasən Moskva Dövlət Universitetinin professor-müəllim heyəti tərəfindən aparılacaq, məzunlara MDU-nun diplomu veriləcək.

Universitetin Bakı filialında fəaliyyət göstərəcək fililogiya, kimya və tətbiqi riyaziyyat fakültələrinin hər birinə 25 nəfər daxil olub.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti