...

ATƏT-in DTİHB-i Azərbaycanda tolerantlığın yüksək olduğunu qeyd edir

Cəmiyyət Materials 7 Oktyabr 2008 13:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / Trend , müxbir R.Novruzov/ ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu (DTİHB) illik hesabatında Azərbaycanda tolerantlığın yüksək olduğunu qeyd edir.

DTİHB-nin 2007-ci il ərzində "ATƏT məkanında ədavət zəmnində cinayət - insidentlər və cavablar" hesabatında cəmiyyətdə mədəni, milli və dini bərabərliyin təşviqi sahəsində Azərbaycan Təhsil Nazirliyinin fəal işi qeyd olunub.

Hesabatda ölkənin ədavət zəmnində cinayətlərin aradan qaldırılmasında səmərəliliyin artırılması istiqamətində məhkəmə sisteminin islah edilməsinə maraq göstərdiyi də ifadə olunur.

Azərbaycanda təqribən 520 dini icma qeydiyyatdan keçib, onlardan 32-si qeyri-islam təmayüllüdür.

Məqalə müəllifi ilə əlaqə ünvanı - trend

Xəbər lenti

Xəbər lenti