...

Azərbaycan məhkəməsi korrupsiya cinayətində ittiham olunan Elektrik Şəbəkənin əməkdaşlarını cəzalandırdı

Cəmiyyət Materials 7 Oktyabr 2008 14:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 07 oktyabr / , müxbir K.Zərbalıyeva/ Mingəçevir şəhər Elektrik Şəbəkəsinin korrupsiya cinayətində ittiham olunan əməkdaşlarına bu gün hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədən verilən məlumata görə, "Allahverdi 97" MMC-nin direktoru İlqar Abdullayevdən 16 min manat tələb edən Fikrət Həsənov və Mayıl İsmayılovun hər birinə 10 il azadlıqdan məhrumetmə cəzası verilib.

Ötən ilin dekabrında Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən həbs olunmuş Elektrik Şəbəkənin əməkdaşlarına qarşı Cinayət Məcəlləsinin hədə-qorxu ilə tələb etmə (182) maddəsi ilə cinayət işi açılıb.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti