...

Azərbaycanlı voleybolçunun klubu Türkiyə çempionatında keçirdiyi ilk oyunda qələbə qazanıb

Cəmiyyət Materials 13 Oktyabr 2008 12:11 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanlı voleybolçu Natalya Məmmədovanın çıxış etdiyi Türkiyənin "Türk Telekom" klubu "Vakıfbank Güneş Sığorta" komandasını 3:0 hesabı ilə məğlub edib. Bu, "Türk Telekom"un Türkiyənin voleybol üzrə çempionatında keçirdiyi ilk oyun olub.

Məmmədova "Vakıfbank Güneş Sığorta" ilə görüşdə meydana əsas heyətdə çıxıb və görüşün sonuna kimi əvəz olunmayıb.

Voleybol üzrə Azərbaycan yığma komandasının aparıcı üzvlərindən olan Məmmədova əvvəllər Bakının "Azərreyl" klubunda çıxış edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti