...

Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunun baş məşqçisi "Neftçi" ilə oyunda qələbə iddiasındadır

Cəmiyyət Materials 14 Oktyabr 2008 16:48 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər -Lənkəran" futbol klubunun türkiyəli baş məşqçisi Rasim Kara "Neftçi" ilə oyunda qələbə iddiasındadır.

"Neftçi" son dövrlərdə arzu olunan səviyyədə çıxış etməsə də, artıq komandada problemlər həll olunmaqdadır. Buna baxmayaraq, "Neftçi" ilə görüşə də başqa komandalarla oyunlara hazırlaşdığımız kimi hazırlaşırıq və heç bir fərq qoymuruq", çərşənbə axşamı Trend -a Kara deyib.

Azərbaycan Premyer- Liqasının 8 -ci turu çərçivəsində, "Xəzər-Lənkəran"la "Neftçi" arasında oyun oktyabrın 19-da, Lənkəranın mərkəzi stadionunda keçiriləcək.

"Xəzər-Lənkəran"la "Neftçi" arasındakı görüşlər son illərdə Azərbaycan çempionatının ən prinsipial oyunları hesab olunur.

Əvvəllər də "Xəzər-Lənkəran"ın baş məşqçisi kimi "Neftçi" ilə oyunlarda iştirak etmiş Kara bildirib ki, bu görüşdə komandasının azarkeşlərindən böyük dəstək gözləyir.

"İlk dəfə "Xəzər - Lənkəran"ın baş məşqçisi olduğum dövrdə "Neftçi" ilə keçirdiyimiz oyunların heç birində qələbə qazana bilməmişdik. Amma bu dəfə qələbəyə sevinəcəyimizə inanıram. Bu işdə bizə komandamızın azarkeşləri də kömək edə bilər", - deyə baş məşqçi əlavə edib.

Kara Azərbaycanda ilk dəfə "Xəzər - Lənkəran" komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. Onun rəhbərliyi dövründə komanda Azərbaycan çempionatının gümüş medallarını qazanıb. Sonra "Qarabağ" klubuna keçən türkiyəli məşqçi, "Xəzər-Lənkəran"a bir neçə ay əvvəl qayıdıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti