Azərbaycan, Bakı, 17 oktyabr/ Trend , müxbir C.Babayeva/ Azərbaycanın təhsili naziri ölkənin umumtəhsil məktəblərində yeni milli kurrikulumun tətbiqindən narahatdır Paytaxt və rayonların bəzi ibtidai sinif müəllimlərinin və məktəb direktorlarının milli kurrikulum haqqında anlayışları yoxdur. Onlar təhsil sahəsində baş verən proseslərlə maraqlanmırlar. Bu məktəblərin direktorları yeni "Ana dili"dərsliyi əsasında tədrisə çox ciddi yanaşmalıdırlar", - cümə günü jurnalistlərə Mərdanov bildirib. 2008 - 2009 - cu tədris ilindən birinci siniflərdə tədris milli kurrikulum əsasında keçirilir. Kurrikulumun məqsədi şagirdlərə müstəqil həyatda lazım olan əməli biliklərin öyrədilməsi, onların məntiqi təfəkkürünün inkişafı, öz fikrini müstəqil bildirmək və öz hüququnu qorumaq bacarığıdır. Milli kurrikulum əsasında yeni formatda hazırlanmış "Ana dili"dərsliyi, "Əlifba"və "Ana dili"dərsliyinin umumləşdirilmiş formasıdır. Cari il ərzində yeni dərslik əsasında tədris edəcək ibtidai sinif müəllimləri üçün kurs və seminarlar təşkil olunub, - Trend - a əvvəllər Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı məlumat verib. |