...

İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə narkotika keçirən Bakı şəhər sakinlərinə hökm oxunub

Cəmiyyət Materials 20 Oktyabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 oktyabr / Trend , müxbir K. Zərbalıyeva/ İrandan Azərbaycana qaçaqmalçılıq yolu ilə külli miqdarda narkotika keçirən Bakı şəhər sakinlərinə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə bazar ertəsi hakim Mayıl Bayramovun sədrliyi ilə keçirilən prosesdə Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşlarının bu il iyulun 25 - də keçirdiyi əməliyyat zamanı saxlanılan Afət Hüseynova, Niyazi Əkbərov və Nazim Cabbarov cəzalandırılıblar.

Məhkəmənin hökmü ilə Əkbərov 11, Cabbarov 10, Hüseynova 6 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət Məcəlləsinin qaçaqmalçılıq (206) və qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya prekursorları hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma (234) maddələri ilə ittiham olunan bu şəxslər 31 kiloqram narkotik maddə olan həşişi İrandan Azərbaycana keçirib, Bakıya gətirərkən saxlanılıblar.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti