...

Qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirən Dəvəçi rayon sakininə hökm oxunub

Cəmiyyət Materials 21 Oktyabr 2008 13:31 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 oktyabr / Trend , müxbir K.Zərbalıyeva/ Qısqanclıq zəminində həyat yoldaşını qətlə yetirən Dəvəçi rayon sakininə hökm oxunub.

Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə çərşənbə axşamı hakim Şəkər Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə Dəvəçinin Zivə kənd sakini Nahid İslamova 11 il azadlıqdan məhrumetmə cəzası verilib.

İslamov bu il aprelin 15-də həyat yoldaşı Dinarəni bıçaqla öldürüb.

İslamova qarşı Cinayət Məcəlləsinin qəsdən adamöldürmə (120.1) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228.4) maddələri ilə cinayət işi açılıb.

O, Rusiyadan qayıtdıqdan sonra həyat yoldaşının başqası ilə gəzdiyini eşidib və onu qətlə yetirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan- [email protected]

Xəbər lenti

Xəbər lenti