...

Futbol üzrə Azərbaycan yığmasının almaniyalı baş məşqçisi İspaniyaya gedəcək

Cəmiyyət Materials 28 Oktyabr 2008 11:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 17 və 19 yaşlılardan ibarət yığma komandalarının almaniyalı baş məşqçisi Bernhard Lippert məşhur "Real" klubunun rəhbərliyi ilə danışıq aparmaq üçün İspaniyaya gedəcək. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

"Real" klubu ilə əməkdaşlıq əlaqələrini genişləndirmək üçün AFFA tərəfindən bəzi layihələr hazırlanıb. Lippert İspaniyaya səfəri zamanı bu layihələri "Real" klubunun rəhbərliyi ilə müzakirə edəcək.

Almaniyalı baş məşqçi ilə yanaşı, İspaniyaya AFFA-nın hüquqşünası Rəmiş Malıyev də gedəcək.

Azərbaycan yığmasının baş məşqçisi və AFFA rəsmisi İspaniyaya oktyabrın 30-da gedəcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti