Azərbaycan, Bakı, 29 oktyabr / Trend , müxbir R.Ergün/ Azərbaycanın "Qarabağ" futbol klubunun zədəli futbolçuları heyətə qayıdıblar. Bu barədə Trend - a komandanın mətbuat xidmətindən məlumat verilib.
"Qarabağ" klubu hazırda futbol üzrə Azərbaycan Premyer - Liqasının turnir cədəlinin 6 -ci pilləsində qərarlaşıb. Komanda 9 oyunda 16 xal toplayıb.
Mətbuat xidmətinin məlumatında bildirilir ki, son turda MOİK-lə oyunu xəstəlik üzündən buraxmalı olan gürcüstanlı legioner Aleksandr Qoqaberişvili artıq sağalıb. O, bu gün "Bakılı" ilə keçiriləcək kubok oyununda meydana çıxa bilər.
"Qababağ" bu gün, Azərbaycan kubokunun 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində, "Bakılı" klubunu qəbul edəcək. Oyun saat 15.00 - da başlayacaq.
Mətbuat xidmətinin verdiyi məlumata görə, komandanın zədəli yarımmüdafiəçisi Emin İmaməliyevin də meydana çıxmaq ehtimalı var.
"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovdur.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]