...

Dini ayrı - seçkilik üzrə konfransda "Bakının gənclər təşəbbüsü" qəbul ediləcək

Cəmiyyət Materials 30 Oktyabr 2008 20:42 (UTC +04:00)
Dini ayrı - seçkilik üzrə konfransda "Bakının gənclər təşəbbüsü" qəbul ediləcək

Azərbaycan, Bakı, 30 oktyabr/   Trend , müxbir C.Babayeva/ Bakıda keçiriləcək dini ayrı - seçkiliyə həsr olunmuş beynəlxalq konfransda " Bakının gənclər təşəbbüsü" sənədi qəbul ediləcək, - Azərbaycanın gənclər və idman nazirinin müavini İntiqam Babayev cümə axşamı jurnalistlərə bildirib.

"Sənəddə konfrans nümayəndələrinin gələcək illərdə dini ayrı - seçkiliyin ləğvi üzrə birgə fəaliyyət istiqamətləri öz əksini tapacaq", - Babayev bildirib.

O bildirib ki, konfransda Avropa Şurasının Gənclər Fondunun direktoru Jan - Klod Lazaro, Avropa Şurasının Gənclər və İdman Direksiyasının rəhbəri Ralf-Rene Vayngertner iştirak edəcəklər. Babayev, Avropa Şurası Baş katibinin müavinlərindən birinin iştirakının gözlənildiyini qeyd edib.

"İslamofobiya və dinə əsaslanmış ayrı - seçkiliyin digər formaları: onun gənc nəsillərə təsiri və gənclərin öz hərəkətləri ilə buna cavabı" konfransı noyabrın 4 - 8 - də Bakıda keçiriləcək. Konfransın işində 43 ölkədən 120 nümayəndə iştirak edəcək.

Konfrans Avropa Şurası, Avropa Gənclər Forumu, İSESCO, İKT Gənclər Forumu və Azərbaycanın Gənclər və İdman Nazirliyi tərəfindən təşkil edilib.

Babayevin sözlərinə görə, konfransın Azərbaycanda keçirilməsi məntiqəuyğundur. "Azərbaycan öz tolerantlığı ilə dünyanın çox ölkəsi üçün nümunədir", - o bildirib.

Müəlliflə əlaqə saxlamaq üçün elektron ünvan: [email protected]

Xəbər lenti

Xəbər lenti