Azərbaycan, Bakı, 03 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığmasının üzvü Branimir Subaşiçin çıxış etdiyi "Srvena Zvezda" klubu Serbiya çempionatında qələbə qazanıb.
Öz meydanında "Rad"ı qəbl edən "Srvena Zvezda" 2:0 hesabı ilə qalib gəlib.
"Srvena Zvezda"nın baş məşqçisi Çudomir Yanevski bu oyunda Subaşiçi əsas heyətdə meydana buraxıb. Yığmamızın üzvü matçı əvəz olunmadan keçirsə də, qol vura bilməyib.
"Srvena Zvezda" hazırda 11 xalla turnir cədvəlinin 4-cü pilləsində yer alıb.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]