...

"Naxçıvan abidələri" ensiklopediyası işıq üzü görüb

Cəmiyyət Materials 19 Noyabr 2008 08:03 (UTC +04:00)

Azərbaycan, Naxçıvan, 19 noyabr / Trend , müxbir E.Məmmədov/ Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun əməkdaşları tərəfindən hazırlanan "Naxçıvan abidələri" ensiklopediyası İstanbulda işıq üzü görüb.

Azərbaycanın görkəmli dövlət xadimi Heydər Əliyevin xatirəsinə ithaf olunan ensiklopediyada Naxçıvanın qədim yaşayış məskənləri, tarixi, memarlıq və təbiət abidələri, maddi-mədəniyyət nümunələri, körpülər, qalalar, ziyarətgahlar, pirlər haqqında ətraflı məlumatlar toplanılıb.

231 arxeoloji, 13 tarixi, 50 memarlıq, 18 təbiət, 2 tarixi arxeoloji, 47 tarixi memarlıq abidəsi, 22 monumental sənət abidəsi, o cümlədən 5 tarixi xəritə, 21 tarixi abidənin layihəsinin verildiyi ensiklopediyada 806 şəkil və 600-ə yaxın məqalə dərc edilib.

"Naxçıvan abidələri" ensiklopediyası iki dildə-Azərbayjan və ingilis dillərində nəşr olunub.

Noyabrın 20-də Naxçıvan şəhərindəki Heydər Əliyev Muzeyində "Naxçıvan abidələri" ensiklopediyasının təqdimat mərasimi keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti