...

Futbol üzrə Azərbaycan yığmasının AÇ-nin elit mərhələsindəki rəqibləri müəyyənləşib

Cəmiyyət Materials 19 Noyabr 2008 15:09 (UTC +04:00)

Azərbaycan, Bakı, 19 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın 19 yaşlı qızlardan ibarət futbol üzrə yığma komandasının Avropa çempionatının (AÇ) elit mərhələsindəki rəqibləri müəyyənləşib. Bu barədə Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Bu gün İsveçrənin Nyon şəhərində keçirilən püşkatmadan sonra məlum olub ki, Azərbaycan yığması üçüncü mərhələyə çıxmaq üçün Fransa, Uels və Portuqaliya milliləri ilə mübarizə aparacaq.

Növbəti mərhələyə qrup liderləri ilə yanaşı, ən yaxşı nəticə qazanan ikinci komanda və AÇ-yə ev sahibliyi edəcək Belarus yığması da vəsiqə qazanacaq.

Elit mərhələnin oyunları 2009-cu ildə, aprelin 23-28-i aralığında keçiriləcək.

Azərbaycan yığmasının baş məşqçisi Şamil Heydərovdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti