Azərbaycan, Bakı, 20 noyabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının almaniyalı baş məşqçisi Berti Foqts Albaniya ilə yoldaşlıq oyununun birinci hissəsindən razı qalıb.
"Albaniya ilə oyunun birinci hissəsində meydanda futbol gördük. Baş verən hadisələr və rəqibin fasilədən sonra meydana gec çıxması oyunumuza birbaşa təsir etdi", Albaniya ilə oyundan sonra keçirilən mətbuat konfransında Foqts deyib.
Azərbaycan - Albaniya görüşü 1:1 hesabı ilə başa çatıb.
Oyunun birinci hissəsinin sonlarında Gürcüstandan olan baş hakim Albaniya yığmasının futbolçusunu meydandan qovub. Albaniya yığmasının futbolçuları buna etiraz əlaməti olaraq, ikinci hissədə meydana çıxmaq istəməyiblər.
Albaniya millisinin baş məşqçisi Ari Haan isə oyunun nəticəsindən razı qalmadığını bildirib.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]