...

Bakı Apellyasiya Məhkəməsinin yeni korpusu açılıb

Cəmiyyət Materials 20 Noyabr 2008 17:22 (UTC +04:00)

Azərbaycan, Bakı, 20 noyabr / Trend , müxbir K. Zərbalıyeva/ Bakı Apellyasiya Məhkəməsinin yeni korpusu açılıb. Bu münasibətlə cümə günü keçirilən tədbirdə ədliyyə naziri Fikrət Məmmədov iştirak edib.

Yeni 3 mərtəbəli korpusda 15 məhkəmə iclas zalı var.

İclas zalları qabaqcıl informasiya texnologiyaları ilə təmin olunub, proses iştirakçılarının hüquq və vəzifələri ilə tanış olmaları üçün monitorlar yerləşdirilib, vəkil və prokurorların fəaliyyəti üçün hər cür şərait yaradılıb.

Nazir bildirib ki, Dünya Bankı ilə imzalanmış müqaviləyə uyğun olaraq, regionlarda müasir standartlara cavab verən məhkəmə binaları inşa olunacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti