Azərbaycan, Bakı, 24 noyabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın İnternet portalları arasında təşkil olunan mini futbol üzrə ənənəvi "Aznet" Kubokunda üçüncü turun oyunları keçirilib.
Turnirin təşkilatçısı olan Trend in komandası "Ümid" üzərində 8:2 hesabı ilə qələbə qazanıb.
Digər oyunlar isə belə nəticələnib: "Azerisport" - "Baku Reds" 3:13, "TİD Consulting" - "Smart" 13:0, NİSA - "Azeri Fans" 3:11.
Trend və "Əyləncə" komandaları turnirin 1/4 final mərhələsinə vəsiqə qazanıb.
Qrup mərhələsində son turun oyunları bu həftə keçiriləcək.
Üç turdan sonra "Aznet" Kubokunda hərəyə 7 qol vuran Ramin Həsənov (Baku Reds), Vüsal Həşimzadə (TİD Consulting) və Oleq Zemçov bombardirdir.
"Aznet" Kubokunun oyunları "Olimpik Star" idman kompleksində keçirilir.
Turnirin sponsoru "Rest" restoranıdır.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]