...

Azərbaycanın "Xəzər-Lənkəran" klubunun baş məşqçi vəzifəsinə portuqaliyalı məşqçi namizəddir – klubun vitse-prezidenti

Cəmiyyət Materials 1 Dekabr 2008 13:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 01 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Xəzər-Lənkəran" futbol klubunun baş məşqçi vəzifəsinə namizədlərin siyahısında portuqaliyalı məşqçi Artur Jorjenin də adı var. "Xəzər-Lənkəran"ın vitse-prezidenti Araz Nəsirov Trend -a açıqlamasında bu barədə Rusiya mətbuatında yayılmış xəbərləri təsdiq edib.

"Yayılan məlumatlar həqiqətə uyğundur. Jorjenin adı bizə təklif olunan məşqçilərin siyahısıda var. Amma onun "Xəzər-Lənkəran"a gəlib-gəlməyəcəyi barədə heç nə deyə bilmirəm. Hələ araşdırmalar davam edir. Jorjeyə hələ rəsmi təklif göndərməmişik", - deyə Nəsirov əlavə edib.

Trend -un arayışı: Azərbayca Premyer-Liqasının 12-ci turu çərçivəsində noyabr ayının 23-də "Qarabağ"a məğlub olan "Xəzər-Lənkəran"ın türkiyəli baş məşqçisi Rasim Kara istefa verib. Lənkəran şəhərini təmsil edən klubu son turda meydana Karanın vaxtında köməkçi-məşqçi işləmiş Hafiz Əliyev çıxarıb.

Nəsirov Azərbaycan yığma komandasının keçmiş baş məşqçisi İqor Ponomaryovun da namizədlər siyahısında olduğunu bildirib.

"Ponomaryov və daha bir neçə namiəd var. Ancaq onlardan heç birinə hələ rəsmi təklif göndərilməyib".

Hesabında 26 xalı olan "Xəzər-Lənkəran" turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.

Nəsirov 13-cü turda keçirilən "Simurq" - "Xəzər-Lənkəran" oyunun nəticəsinin ləğv olunması tələbi ilə Peşəkar Futbol Liqasına müraciət etdiklərini bildirib.

"Artıq müraciət göndərmişik. Oyunun video kasetlərini də PFL-ə təqdim etmişik. İnanırıq ki, ədalətli qərar çıxarılacaq", - deyə Nəsirov qeyd edib.

Bazar günü "Simurq"la 2:2 hesabı ilə başa çatan oyundan sonra "Xəzər-Lənkəran" rəhbərliyi matçın baş hakimi Zöhrab Qədiyevin görüşü qərəzli idarə etdiyini bildirib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti