...

"Əsli və Kərəm" Azərbaycan səhnəsinə qayıdır

Cəmiyyət Materials 5 Dekabr 2008 12:57 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr / Trend Life , müxbir Eldar Hüseynzadə/ Üzeyir Hacıbəyovun "Əsli və Kərəm" operası 20 illik fasilədən sonra Azərbaycan Dövlət Opera və Balet Teatrının səhnəsinə qayıdacaq. Teatrın mətbuat xidmətindənTrend Life-a bildiriblər ki, tamaşa gələn il səhnəyə qoyulacaq. Quruluşçu rejissor Hafiz Quliyevdir. Əsas partiyaları teatrın muğam bölməsinin nümayəndələri: xalq artistləri Mənsum İbrahimov, Nəzakət Teymurova, Aygün Bayramova və əməkdar artist Gülüstan Əliyeva ifa edəcək.

Hacıbəyovun "Əsli və Kərəm"i onun beş muğam operasından biridir, ilk dəfə 1912-ci ildə səhnəyə qoyulub. Hacıbəyov "Əsli və Kərəm" operasını xalq dastanının motivləri əsasında yaradıb.

Müəlliflə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti