...

Moskvanın və bütün Rusiyanın patriarxı II Aleksi vəfat edib (YENİLƏNİB)

Cəmiyyət Materials 5 Dekabr 2008 13:45 (UTC +04:00)

Azərbaycan, Bakı, 05 dekabr/ Trend / Moskva Patriarxlığının mətbuat xidmətindən Trend -a verilən məlumata görə, Moskva və bütün Rusiyanın patriarxı II Aleksinin ölümünün səbəbləri hələki açıqlanmır.

"Patriarxın dəfn olunacağı yer barədə danışmaq hələ tezdir", - deyə Trend -a telefonla Moskva Patriarxlığının mətbuat xidmətinin əməkdaşı bildirib.

RPK rəhbərinin sağlamlıqla bağlı problemləri hələ 2002-ci ilin payızından başlayıb. Patriarx o zaman Həştərxana səfərini təxirə salmağa məcbur olub və birbaşa Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib.

RBK -nın verdiyi xəbərə görə, daha sonra 2004-cü ildə o, "ürək artmiyası" diaqnozu ilə paytaxt klinikalarından birə yerləşdirilib. Həmin vaxtdan bir neçə dəfə mətbuatda RPK rəhbərinin ölməsi barədə şayiələr yayılsa da, təsdiqini tapmayıb.

II Patriarx Aleksi (əsl adı Aleksey Mixayloviç Riidiqer; doğum tarixi 23 fevral 1929-cu il, Tallin, Estoniya) - Rusiya Pravoslav Kilsəsinin yepiskopu; 1990-cı il iyunun 10-dan Moskva və bütün Rusiyanın patriarxı, Rusiya Pravoslav Kilsəsinin baş keşişi (RPK). Rusiyanın Təhsil Akademiyasının həqiqi üzvü (akademik). RPK-də onun qəbul olunmuş titul forması: Zati-müqəddəs, Moskva və bütün Rusiyanın Müqəddəs Patriarxı.

Müəlliflə əlaqə ünvanı [email protected]

Xəbər lenti

Xəbər lenti