...

Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunun yeni məşqçisi komandanı beynəlxalq arenaya çıxaracaq (video)

Cəmiyyət Materials 5 Dekabr 2008 19:00 (UTC +04:00)
Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubunun yeni məşqçisi komandanı beynəlxalq arenaya çıxaracaq (video)

Azərbaycan, Bakı, 05 dekabr / Trend , müxbir N.Abdullayeva/ Azərbaycanın "Xəzər - Lənkəran" futbol klubu ölkə çempionatında layiqincə çıxış edəcək, - cümə günü klubun yeni baş məşqçisi İqor Ponomaryov mətbuat konfransında Trend - a deyib.

"Mən "Xəzər - Lənkəran"ı beynəlxalq arenaya çıxarmağa çalışaacağam", - Ponomaryov söyləyib.

Bu gün çoxlu azarkeşi olan "Xəzər-Lənkəran" Azərbaycanın ən güclü klublarından biridir, - Ponomaryov qeyd edib. .

"Xəzər-Lənkəran" klubunun vitse-prezidenti Araz Nəsirov və komandanın yeni baş məşqçisi İqor Ponomaryov mətbuat konfransında bir illik müqavilə imzalayıblar.

Ponomaryov çərşənbə günü İsveçdən Bakıya gəlib. Əvvəllər o, Azərbaycanın "Qarabağ" və Rusiyanın "Maşuk" klubunun baş məşqçisi olub. Ponomaryov bir müddət Azərbaycan yığmasına da rəhbərlik edib.

Azərbaycanın ən məşhur futbolçularından olan Ponomaryov Olimpiya oyunlarının və Dünya gənclər çempionatının qalibi, eyni zamanda, İsveç çempionu olub.

Müəlliflə əlaqə ünvanı: trend

Xəbər lenti

Xəbər lenti