...

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi rusiyalı həmkarından kömək istəyib

Cəmiyyət Materials 10 Dekabr 2008 18:03 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 dekabr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə 17 yaşlılardan ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Yaşar Vahabzadə Avropa çempionatının qrup oyunlarındakı rəqiblər barədə məlumat əldə etmək üçün, Rusiya millisinin baş məşqçisindən kömək istəyib.

"Püşkatmadan sonra Rusiyanın aşağı yaş qrupları üzrə yığma komandasının baş məşqçisi Nikolay Saviçevlə əlaqə saxladım. Onun rəhbərlik etdiyi komanda həm İsrail, həm də Polşa ilə oynayıb. O, həmin oyunların videoyazılarını göndərəcəyinə söz verdi", - AFFA-nın saytına müsahibəsində Vahabzadə deyib.

Azərbaycan yığması Avropa çempionatının ilkin mərhələsində İsrail, Polşa və Danimarka komandaları ilə qarşılaşacaq.

Azərbaycan millisinin çıxış etdiyi qrupun oyunları İsraildə keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti