...

Futbol üzrə Azərbaycan yığmasının rəqibi Türkiyədə təlim-məşq toplanışı keçəcək

Cəmiyyət Materials 12 Dekabr 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə yığma komandasının 2010-cu ildə keçiriləcək dünya çempionatının (DÇ-2010) seçmə mərhələsindəki rəqiblərindən olan Rusiya millisi təlim-məşq toplanışı keçmək üçün Türkiyənin Antalya şəhərinə gedəcək. Bu barədə Rusiya mətbuatı xəbər verib.

Rusiya yığmasının Antalyadakı təlim-məşq toplanışı gələn il, fevralın 8-də başlayacaq və dörd gün davam edəcək.

Rusiya millisinin Hollandiyadan olan baş məşqçisi Qus Hiddink toplanışa 20 futbolçu cəlb edəcəyini bildirib.

Azərbaycanla Rusiya yığması arasında oyun 2009-cu ildə, martın 28-də Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti