...

Azərbaycan boksçuları dünya kubokunun yarımfinal mrhələsinə çıxa bilmədilər

Cəmiyyət Materials 12 Dekabr 2008 16:54 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın iki boksçusu Moskvada keçirilən boks üzrə dünya kubokunda mübarizəni dayandırıb. Bu barədə Trend - a Azərbaycan Gənclər və İdman Nazirliyinin (AGİN) mətbuat xidməti məlumat verib.

64 kq çəki dərəcəsində mübarizə aparan Ramal Amanov kubalı, 90 kq - da döyüşən Elçin Əlizadə isə ukraynalı boksçuya məğlub olub.

Azərbaycanın iki boksçusu - Famil Süleymanov ( 60 kq) və Azər Məmmədov (91 kq - dan artıq) bürünc medalla dünya kubokunun yarımfinal mərhələsinə vəsiqə qazanıblar. Hər iki idmançı finala vəsiqə uğrunda sabah mübarizə aparacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti