...

Futbol üzrə Azərbaycan yığmasının üzvləri mükafatlandırılıblar

Cəmiyyət Materials 15 Dekabr 2008 13:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın futbol üzrə 17 yaşlılardan ibarət yığma komandasının üzvləri AFFA rəhbərliyi tərəfindən mükafatlandırılıblar. Bu barədə Trend - a AFFA-nın mətbuat xidməti məlumat verib.

Futbol üzrə Avropa çempionatında mərhələ keçən yığma komandanın üzvlərini AFFA-nın vitse-prezidenti Rauf Əliyev və baş katib Elxan Məmmədov qəbul ediblər.

Mükafatla bağlı məlumat verilməyib.

Azərbaycan millisi Avropa çempionatının elit raundunda Hollandiya, Xorvatiya və Lüksemburq komandaları ilə görüşəcək.

Yığma komandanın baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti