...

Bakıda keçiriləcək bədii gimnastika üzrə Avropa çempionatında 31 komandanın iştirakı gözlənilir

Cəmiyyət Materials 18 Dekabr 2008 15:08 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 dekabr/ Trend , müxbir R.Ergün/ Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunacaq bədii gimnastika üzrə Avropa çempionatında 31 ölkənin yığma komandasının iştirak edəcəyi gözlənilir. Bu barədə Trend - a Azərbaycan Gimnastika Federasiyasının (AGF) mətbuat xidməti məlumat verib.

Gələn il mayın 15 - də başlanacaq Avropa çempionatında hər ölkə 3 əsas, 1 ehtiyat gimnast, həmçinin, qrup hərəkətləri üzrə yeniyetmələrdən ibarət komanda ilə təmsil oluna bilər.

Yarışın ilk iki günündə komanda hesabında mükafatçılar, mayın 17-də isə, fərdi idmançılar arasında qaliblər müəyyən olunacaq.

Bədii gimnastika üzrə Avropa çempionatı Bakıdakı Heydər Əliyev adına İdman Konsert Kompleksində keçiriləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti