...

Futbol üzrə Azərbaycan yığmasının kapitanı İspaniyanın "Valyadolid" klubundan xəbər gözləyir

Cəmiyyət Materials 24 Dekabr 2008 15:39 (UTC +04:00)

Azərbaycan, Bakı, 24 dеkаbr/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqov İspaniyanın "Valyadolid" klubundan xəbər gözləyir.

"Bir neçə klubdan təklif almışam. Amma hələ ki, son qərarımı verməmişəm. Yaxın günlərdə "Valyadolid"dən xəbər gəlməlidir. Bu klubda çıxış etmək imkanı yaransa, yəqin ki, İspaniyaya gedəcəyəm", - cərşənbə günü Trend -a Sadıqov deyib.

Hazırda müqavilə ilə "Neftçi" klubuna məxsus olan Sadıqov, bu ay  "Valyadolid"in düşərgəsində bir həftə hazırlıq keçib.

Azərbaycan yığmasının kapitanına Yunanıstanın OFİ və Türkiyənin "Boluspor" klublarından da təkliflər var.

Sadıqov, onu "Neftçi" klubunun maliyyə məsələlərinə nəzarət etməkdə günahlandıran hollandiyalı məşqçi Rob Reekersə cavab vermək istəmədiyini bildirib.

Sadıqov və bir neçə futbolçu "Neftçi" klubunun əsas heyətindən almaniyalı baş məşqçi Hans Yurgen Gede ilə münasibətlərinin pozulmasına görə kənarlaşdırılıblar.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti