...

Azərbaycanlı futbolçunun çıxış etdiyi Türkiyə klubunun oyunçusu komandanı tərk edə bilər

Cəmiyyət Materials 25 Dekabr 2008 10:55 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 dеkаbr/ Trend , müxbir R.Ergün/ Azərbaycanlı futbolçu İlqar Qurbanovun çıxış etdiyi Türkiyənin "Boluspor" klubunun futbolçusu komandanı tərk edə bilər. Bu barədə cümə axşamı Türkiyə mətbuatı məlumat yayıb.

Məlumata görə, ikinci liqada iştirak edən "Bucaspor" "Boluspor"un oyunçusu İbrahim Parlayanı transfer etmək istəyir. Hücumçu mövqeyində çıxış edən Parlayan "Boluspor"da 17 oyunda 1 qol vurub..

"Boluspor" ikinci dövrənin hazırlıqlarına sabah başlayacaq. 5 gün istirahət edən futbolçular sabah Antalya şəhərində toplaşacaq.

"Antalyada ikinci yarıya ən yaxşı şəkildə hazırlaşmaq istəyirik. Burada keçirəcəyimiz hazırlıq oyunları komandanın ikici dövrədəki çıxışına təsir edəcək", cümə axşamı klubun baş direktoru Osman Gürsoy deyib. 

"Boluspor" Azərbaycan yığma komandasının kapitanı Rəşad Sadıqovu transfer etmək istəyir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti