...

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qəzzə Zolağında hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır

Cəmiyyət Materials 6 Yanvar 2009 16:43 (UTC +04:00)
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qəzzə Zolağında hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır

Azərbaycan, Bakı, 06 yanvar / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Qəzzə Zolağında hərbi əməliyyatların dayandırılmasının tərəfdarıdır.

"Dünyada mövcud olan bütün dinlər sülhün tərəfdarıdır. Biz istərdik ki, Yaxın Şərqdə problemlər danışıqlar yolu ilə həll olunsun", -  çərşənbə axşamı Trend -a Komitənin sədri Hidayət Orucov bildirib.

Trend - un arayışı: Dekabrın 27 - də günorta saatlarından başlayaraq, İsrailin Hərbi Hava Qüvvələri Qəzzə Zolağını raket atəşinə tutublar. Dekarbın 19 - da Həmas təşkilatı və Israil arasında müvəqqəti atəşkəsin başa çatmasından sonra, Həmas dörd fələstinlinin qətlinə cavab olaraq, Israilin Sderot va Aşkelon yaşayış məntəqələrini raket atəşinə tutub.

BBC - nin Fələstin səhiyyə xidmətinə istinadən verdiyi məlumata görə Israilin dekabrın 27- də keçirdiyi hərbi əmaliyyatlar zamanı 550 nəfər həlak olub, 2700 nəfər isə yaralanıb.

Həmas İsrailin Qəzzə zolağının bombalamasına cavab olaraq, Sderot və Aşkelon yəhudi məntəqələrinə 60 - a yaxın raket zərnbəsi endirib. İsrail höküməti Aşkelon və Sderotda fövqaladə vəziyyət elan edib.

Yanvarın 3 -dən İsrail ordusu Qəzzə Zolağında quru əməliyyatlarına başlayıb.

Komitə sədrinin sözlərinə görə, dünyada baş verən hərbi əməliyyatlarda dinc əhali də ziyan çəkir. "Ümid edirəm ki, yaxın zamanlarda Yaxın Şərqdə problemin həlli hərbi əməliyyatlardan danışıqlar masasına keçəcək", - Orucov əlavə edib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]          

Xəbər lenti

Xəbər lenti