...

Birləşmiş Ərəb Əmirlikləri və İsveçdə 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı anım tədbirləri keçirilib

Cəmiyyət Materials 19 Yanvar 2009 12:39 (UTC +04:00)

Azərbaycan, Şəki, 19 yanvar / Trend , müxbir C.Babayeva/ Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və İsveçdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları 20 Yanvar faciəsinin 19-cu ildönümü ilə bağlı anım tədbirləri təşkil ediblər.

BƏƏ-nin Dubay əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti tərəfindən 20 Yanvar facisənin 19-cu ildönümü ilə bağlı anım tədbirində faciəni əsk etdirən fotoşəkillərdən ibarət sərgi təşkil olunub, faciəli gecədən çəkilmiş videogorüntülər nümayiş etdirilib, həlak olanların xatirəsi yad edilib. Tədbir iştirakçılarına 20 Yanvar faciəsi ilə bağlı müxtəlif dillərdə hazırlanmış məlumat vərəqələri, "Erməni terroru" kitabı və  Heydər Əliyev Fondunun hazırladığı "Qarabağ həqiqətləri" kitabı paylanıb, bazar ertəsi Diasporla İş üzrə Dövlət Komitəsinin yaydığı məlumatda bildirilib.

İsveçdə 20 Yanvar faciəsinin 19-cu ildönümünü birlikdə qeyd edən Azərbaycan diaspor təşkilatları qətliamla bağlı ingilis dilində hazırlanmış kitabları və fotoşəkilləri bu ölkənin parlamenti, Xarici İşlər Nazirliyi və beynəlxalq qurumların İsveçdəki nümayəndəliklərinə təqdim ediblər. Diaspor fəalları bu ölkənin Sosial Demokrat, Xristian Demokrat partiyalarını və indi hakimiyyətdə olan Moderat Partiyasını təmsil edən millət vəkilləri ilə görüşüblər. Görüşdə 1990-cı il 20 yanvar faciəsi barədə ətraflı məlumat və fotoşəkillər isveçli deputatlara təqdim olunub, məlumatda deyilir.

Trend -un arayışı: 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan etmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başlayıb. Faciə zamanı 131 insan öldürülüb, onlardan 117-si azərbaycanlı, 6 nəfəri rus, 3 nəfəri yəhudi, 3 nəfəri  tatar olub.  744 adam ağır xəsarət alıb, 4 şəxs itkin düşüb, 400 nəfər həbs edilib. Yanvarın 20-də fövqəladə vəziyyət elan ediləndən sonra daha 21 nəfər qətlə yetirilib. Fövqəladə vəziyyət elan edilməmiş rayonlarda isə (Neftçala, Lənkəran) 26 nəfər qətlə yetirilib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti