...

Azərbaycanın "Bakı" klubunun futbolçusu Ukrayna klubuna keçə bilər

Cəmiyyət Materials 26 Yanvar 2009 17:18 (UTC +04:00)

Azərbaycan, Bakı, 26 yanvar/ Trend , müxbir R.Ergün/ Azərbaycanın "Bakı" klubunun futbolçusu Rüstəm Novruzov Ukraynanın "Arsenal" klubuna keçə bilər. Bu barədə bazar ertəsi Trend -a "Bakı" klubunun mətbuat xidmətindən məlumat verilib.

Gənclərdən ibarət Azərbaycan yığma komandasının oyunçusu olan Novruzovun oyunu Kiyevi təmsil edən klubun baş məşqçisi Aleksandr Zavarovun xoşuna gəlib. Klub rəhbərliyi Novruzovun "Arsenal"da qalıb-qalmayacağına gələn həftə aydınlıq gələcəyini bildirib.

"Bakı"nın mətbuat xidmətindən bildirilib ki, komanda rəhbərliyi futbolçunun Ukrayna klubuna keçidinə hər cür dəstək verməyə hazırdır.

Hücumçu mövqeyində çıxış edən Novruzovun 19 yaşı var.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti