...

Futbol üzrə Azərbaycan yığması Dubayda təlim-məşq toplanışına başlayıb

Cəmiyyət Materials 27 Yanvar 2009 12:14 (UTC +04:00)

Azərbaycan, Bakı, 27 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə Azərbaycan yığma komandası Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində təlim-məşq toplanışına başlayıb. Bu barədə çərşənbə axşamı Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat xidməti məlumat verib.

Azərbaycan yığmasının 16 gün davam edəcək toplanışı zamanı Özbəkistan və Küveyt milli komandaları, həmçinin, Çexiyanın "Slaviya" klubu ilə yoxlama oyunu keçirməsi nəzərdə tutulub.

Yığma komandanın baş məşqçisi almaniyalı Berti Foqtsdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti