...

Azərbaycanın futbol yığmasının Avropa çempionatındakı rəqibləri məlum olacaq

Cəmiyyət Materials 30 Yanvar 2009 15:29 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 yanvar/ Trend , müxbir R.Ergün/ Futbol üzrə 21 yaşlılardan ibarət Azərbaycan yığma komandasının 2011-ci ildə keçiriləcək Avropa çempionatının seçmə mərhələsindəki rəqibləri fevralın 4-də məlum olacaq. Bu barədə cümə günü Trend -a Azərbaycan Futbol Federasiyaları Assosiasiyanın (AFFA) mətbuat xidməti məlumat verib.

Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi Danimarkanın Orxus şəhərində təşkil olunacaq.

Azərbaycanı püşkatma mərasimində AFFA-nın Milli Yığma Komandalar Departamentinin rəisi Bəhruz Əsgərov təmsil edəcək.

21 yaşlı futbolçular arasında Avropa çempionatının seçmə mərhələsinin oyunları Danimarkada keçiriləcək.

Azərbaycanın 21 yaşlılardan ibarət yığma komandasının baş məşqçisi almaniyalı Bernhard Lippertdir.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti