...

TRT-TÜRK telekanalı Novruz Bayramı günü verilişlərini dayandıracaq

Cəmiyyət Materials 31 Yanvar 2009 21:42 (UTC +04:00)

Qırğızıstan, Bişkek, 31 yanvar / Trend müxbir R.Мəşədihəsənli/ TRT-TÜRK telekanalı Novruz Bayramı günü verilişlərini dayandıracaq. Bu fikirləri şənbə günü Qırğızıstan-Türkiyə Manas Universitetinin "MANAS" radiosunun müdiri Bülənt Namal Trend -a bildirib.

Namalın sözlərinə görə, bu həftə Qırğızıstanda işgüzar səfərdə olan TRT nümayəndə heyəti martın 21-də yeni kanalın açılışı ilə bağlı bir sıra şəxslərlə görüşüb proqramın məqsəd və vəzifələrini ətraflı müzakirə ediblər. Qərara alınıb ki, Novruz Bayramından başlayaraq TRT-TÜRK telekanalının əvəzinə Türk xalqlarının televiziya kanalı yayıma başlayacaq. Hər bir respublikaya ayrılan iki saatlıq zaman müddətində Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan və digərləri öz ana dillərində xəbərlər də daxil mədəniyyətini, musiqisini nümayiş etdirəcək.

Bülənt Namal artıq TRT-də işlərin başa çatdığını və efirə hazır olduqlarını vurğulayıb.

Xəbər lenti

Xəbər lenti