...

Beynəlxalq axtarışda olan azərbaycanlı Belarus Respublikasında saxlanılıb

Cəmiyyət Materials 6 Fevral 2009 11:38 (UTC +04:00)

Azərbaycan, Bakı, 06 fevral / Trend , müxbir K.Zərbalıyeva/ Azərbaycan polisi qəsdən adam öldürməyə cəhd, qanunsuz olaraq odlu silah saxlama cinayətlərinə görə beynəlxalq axtarışda olan şəxsi Belarus Respublikasında saxlayıb.

Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən cümə günü Trend -a verilən məlumata görə, 27 yaşlı Əliyev Vüsal Səhhət oğlu Belarus Respublikasının Minsk şəhərində saxlanılaraq Azərbaycana gətirilib.

Əliyev Qaradağ Rayon Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi və 10-cu polis bölməsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.

O, Cinayət Məcəlləsinin qəsdən adam öldürməyə cəhd (29,120) və qanunsuz olaraq odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə (228-ci) maddələri ilə təqsirli bilinir.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti