...

Azərbaycan parlamentinin daimi komissiya rəhbəri məktəbəqədər təhsilin səviyyəsindən razı deyil

Cəmiyyət Materials 10 Fevral 2009 12:07 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 fevral/ Trend , müxbir E.Rüstəmov/ Azərbaycan parlamentinin daimi komissiya rəhbəri məktəbəqədər təhsilin səviyyəsindən razı deyil.

"Azərbaycanda məktəbəqədər yaş həddində olan uşaqların yalnız 15 faizi uşaq baxçalarına gedir, Avropada isə bu göstərici 90 faizdən artıqdır", - deyə çərşənbə axşamı jurnalistlərə Azərbaycan parlamentinin Təhsil üzrə daimi komissiyasının sədri Şəmsəddin Haciyev bildirib.

Azərbaycanın təhsil naziri Misir Mərdanov çərşənbə axşamı bildirib ki, yeni, hələ qəbul olunmamış "Təhsil haqqında" Qanunda məktəbəqədər təhsil məcburidir ki, bu da lazımi infrastrukturların çatışmadığını nəzərə alsaq, bəzi problemlər yarada bilər.

Azərbaycan parlamenti ötən il dekabrın 30-da "Təhsil haqqında" Qanun layihəsini ikinci oxunuşda qəbul edib.

Qanun layihəsi çərçivə xarakterlidir və qəbulundan sonra digər normativ-hüquqi aktların hazırlanması gözlənilir. Onların arasında "Təhsil kreditləri haqqında", "Orta təhsil haqqında" və digər aktlar var.

Xəbər lenti

Xəbər lenti