Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir R.Ergün/ Sabah futbol üzrə Azərbaycan Premyer-Liqasının ikinci dövrəsi start götürəcək.
İkinci dövrənin 14-cü turunun ilk oyun günündə 3 görüş keçiriləcək: Qarabağ - Bakılı, MOİK - Bakı, Muğan - Qəbələ.
Fevralın 15-də isə 4 oyun keçiriləcək: Turan - Simurq, Xəzər-Lənkəran - Karvan, Neftçi - Standard, İnter - Olimpik.
Premeyer-Liqanın birinci dövrəsindən sonra hesabında 31 xalı olan Bakının "İnter" klubu liderdir. 29 xalı olan "Bakı" ikinci, 28 xalı olan "Simurq" isə üçüncü yerdədir.
Premyer-Liqanın sonuncu qalibi "İnter" komandası olub.
Azərbaycan Premyer-Liqası Peşəkar Futbol Liqasının nəzarəti altında keçirilir.
Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]