...

Azərbaycanlı şahmatçı İranda keçirilən turnirdə liderliyə yüksəlib

Cəmiyyət Materials 13 Fevral 2009 12:19 (UTC +04:00)

Azərbaycan, Bakı, 13 fevral / Trend , müxbir R.Ergün/ Azərbaycanlı şahmatçı Azər Mirzəyev İranın Rəşt şəhərində keçirilən "Xəzər" turnirində liderliyə yüksəlib. Bu barədə cümə günü Trend -a Azərbaycan Şahmat Federasiyasının (AŞF) mətbuat xidməti məlumat verib.

Mirzəyev turnirin 5-ci turundan sonra 4,5 xal toplamaqla lider olub.

Mirzəyevlə yanaşı, "Xəzər" turnirində Azərbaycanı daha iki şahmatçı - Anar Allahverdiyevlə Rəsul İbrahimov da təmsil edir.

5-ci turdan sonra 3,5 xalı olan Allahverdiyev 4-cü, 3,0 xalı olan İbrahimov isə 12-ci yerdədir.

"Xəzər" turniri fevralın 15-də başa çatacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]

Xəbər lenti

Xəbər lenti