Azərbaycan, Bakı, 16 fevral / Trend müxbir İ.Sultanov/ Milanda A seriyasının növbəti turu çərçivəsində "İnter"lə "Milan" arasında keçirilən oyun başa çatıb. Matçın 30-cu dəqiqəsində Adriano hesabı açıb. 13 dəqiqə sonra isə Stankoviç rəqibin qapısına ikinci qolu vurub.
"Milan" isə yalnız bir dəfə "İnter"in qapısına yol tapa bilib. 77-ci dəqiqədə Kambyasso fərqlənib.
Görüş "İnter"in 2:1 hesablı qələbəsi ilə başa çatıb.