Azərbaycan, Bakı, 16 fevral / Trend , müxbir R.Ergün/ Fransanın cüdo üzrə yığma komandası Azərbaycanın Zaqatala şəhərində təlim-məşq toplanışı keçəcək. Bu barədə bazar ertəsi Trend -a Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat verib.
Fransalı cüdoçuların Azərbaycana səfəri bu ilin mart ayına planlaşdırılıb.
Müxtəlif idman növləri üzrə xarici komandalar Azərbaycanda daha çox Qubada təlim-məşq toplanışı keçməyə üstünlük verirlər. İndiyədək bir neçə ölkənin futbol və voleybol komandaları Qubada hazırlıq keçiblər.
Məqalə müəllifi ilə əlaqə ünvanı:[email protected]