...

Azərbaycanın cəbhə xəttində yerləşən ərazilərdə canavar sürüləri məhv ediləcək

Cəmiyyət Materials 25 Fevral 2009 11:45 (UTC +04:00)

Azərbaycan, Bərdə, 25 fevral / Trend , müxbir Ş.Cəliloğlu/

Azərbaycanın cəbhə xəttində yerləşən ərazilərdə canavar sürüləri məhv ediləcək.  

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 8 saylı ərazi ekologiya şöbəsindən çərşənbə günü Trend -a verilən məlumata görə, canavar və çaqqal sürüləri işğal altında yerləşən ərazilərdən aran bölgəsinə axışıb.

Azərbaycanın işğal altında olan torpaqlarında ekoloji tarazlıq pozulduğuna görə, heyvanlar qida tapa bilmir və heyvan sürüləri olan ərazilərə üz tutur.

Canavarlar tez-tez cəbhə kəndlərinə hücum edib kənd sakinlərinə ziyan vurur. Bu günlərdə vəhşi heyvanlar Tərtərin Məmirli kəndinə hücum edib kənd sakinlərinin bir neçə ev heyvanını məhv edib.

Mütəxəssislər hesab edirlər ki, bir gecədə canavar 200-300 km-ə qədər yol qət edir. Ərazi ekologiya şöbəsindən bildirilib ki, artıq canavarların məhv edilməsi ila bağlə rayon ekologiya şöbəsi, baytarlıq idarəsi və ovçular briqadası birgə iş aparırlar. Yaxın günlərdə canavar sürülərinin məvh edilmə prosesinə başlanacaq.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti